
“Araz-Naxçıvan”dan Cənubi Koreya klubuna
- 22 İyn 2025 14:40
- 167
Bu yay “Araz-Naxçıvan”dan ayrılan Karlos Jatobanın yeni klubu bəlli olub.
Rekord.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Cənubi Koreyada çıxış edəcək.
30 yaşlı futbolçu “Daequ” ilə anlaşıb. Bu barədə yüksək liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Jatoba ötən mövsüm "Araz-Naxçıvan"da 18 oyuna çıxıb və 1 qol ötürməsi edib.