“Araz-Naxçıvan” 2 futbolçu ilə yeni müqavilə imzalayıb.


Rekord.az xəbər verir ki, Kristian Avram və İssuf Paro növbəti mövsümdə də bu komandanın formasını geyinəcəklər.


Qolkiperlə 1, müdafiəçi ilə 1+1 il müddətinə anlaşma əldə olunub.


Qeyd edək ki, hazırda Moldova millisinin düşərgəsində olan Avram 2023-cü, Paro isə 2024-cü ildən “qırmızı-ağlar”ın heyətində yer alıb.