"Araz-Naxçıvan" futbolçusu Vanderson Melonun gələcəyi ilə bağlı qərar qəbul edib.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


30 yaşlı yarımmüdafiəçi ilə 1 illik yeni müqavilə imzalanıb. 


Melo 2023-cü ilin iyul ayından Naxçıvan təmsilçisinin fomasını geyinir.


"Araz-Naxıvan" bunadək Qara Qarayev, Slavik Alxasov, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə və Ülvü İsgəndərovla müqaviləni uzadıb.