
“Araz-Naxçıvan” futbolçusu ilə yollarını ayırdı
- 04 İyn 2025 16:20
- 70
"Araz-Naxçıvan" klubu futbolçusu Vadim Abdullayevlə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
30 yaşlı yarımmüdafiəçinin başa çatan müqaviləsi yenilənməyib.
"Araz-Naxçıvan" buna qədər baş məşqçi Elmar Baxşıyev, futbolçulardan Qara Qarayev, Slavik Alxasov, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə və Ülvü İsgəndərovla müqavilənin müddətini uzatmışdı.