“Araz-Naxçıvan" klubu qapıçısı Tərlan Əhmədli ilə müqavilənin müddətini uzadıb.


Rekord.az xəbər verir ki, 31 yaşlı qolkiper daha 1 il “Araz-Naxçıvan”ın formasını geyinəcək.


O, 2024/2025 mövsümündə də “qırmızı-ağlar”ın heyətində yer alıb.


Buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro və qapıçı Kristian Avramla da yeni müqavilə imzalanıb.