
"Araz Naxçıvan" da Bakıya köçür?
- 11 May 2023 13:00
- 1152
I Divizionun qalibi olan "Araz Naxçıvan"ın Premyer Liqada oynayacağı hələ də sual altındadır.
Rekord.az xəbər verir ki, klub lisenziyalaşdırma ilə bağlı bir sıra məsələləri hələ də yoluna qoya bilməyib.
Buna baxmayaraq, klub rəhbərliyi çalışır ki, bütün problemləri həll etsin. Əsas problemlərdən biri də 10 yaş qrupundan ibarət akademiyanın formalaşdırılmasıdır. İlkin variantda U-14-ə qədər olan komandaların Naxçıvanda, qalan komandaların isə Bakıda məskunlaşması nəzərdə tutulmuşdu. Son məlumata görə, müvəqqəti olaraq bütün akademiyanın Bakıda məskunlaşması variantl da nəzərdən keçirilir. Çünki Naxçıvanda meydança ilə bağlı ciddi problemlər var və yeni salınması nəzərdə tutulan meydançaların növbəti mövsümə kimi tam hazır olması sual altındadır.