"Mançester Siti"nin hücumçusu Serxio Aquero "Yuventus", "İnter" və "Barselona" ilə danışıqlar aparır.

Rekord.az xəbər verir ki, bu barədə "El Chiringuito" məlumat yayıb.

Argentinalı hücumçunun İngiltərə təmsilçisi ilə müqaviləsi bu yay bitəcək. Buna görə klublar 32 yaşlı oyunçu ilə pul ödəməli olmayacaqlar.

Qeyd edək ki, Aquero 2011-ci ildən "Mançester Siti"də çıxış edir. O, bu müddət ərzində 254 qol vuraraq klub tarixinin ən yaxş bombardiri olub.