Bu gün Azərbaycan Radiosunun qonağı Azərbaycan İdman Jurnalistləri Federasiyasının rəhbəri Qabil Mehdiyev olub.

Rekord.az xəbər verir ki, o, yeni yaradılan federasiyanın Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və ya AFFA-ya tabe olması ilə bağlı iddialarla razılaşmadığını deyib:

"Azərbaycan İdman Jurnalistləri Federasiyası qeyri-kommersiya hüquqi şəxs, ictimai birlikdir. Nə AGİN, nə də AFFA-ya tabeyik. AFFA kimi AİJF-da ayrı qurumdur, bərabərhüquqlu təşkilatdır.

AİJF-nın idarə heyətində AGİN və AFFA-dan nümayəndələrin olması, bizim qurumun adıçəkilən digər qurumlara tabe olmasının göstəricisi deyil.

Dünyanın bir çox ölkəsində AİJF kimi təşkilatlar var və onlar da ölkələrinin ayrı-ayrı qurumları, xüsusilə də futbol federasiyaları ilə əməkdaşlıq edir. Bu onların müstəqil fəaliyyətinə mane olmur".