Brisben-2032 Yay Olimpiya Oyunlarının rəsmi loqosu ictimaiyyətə təqdim edilib
- 17:40
- 35
2032-ci ildə Avstraliyada keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarının rəsmi loqoları təqdim olunub.
Rekord.az xəbər verir ki, təqdimat mərasimi olimpiadanın təşkil olunacağı Brisben şəhərində baş tutub.
Avstraliyaya xas kakadu quşundan ilhamlanan dizayn olimpiya və paralimpiya məşəlini, eyni zamanda ev sahibi Kvinslendin özünəməxsus ruhunu əks etdirir.
Xatırladaq ki, 2028-ci ildə analoji yarış ABŞ-nin Los Anceles şəhərində təşkil olunacaq.