Azərbaycan və Belarus arasında idman sahəsində əməkdaşlıq müzakirə edilib
- 18:00
- 31
Gənclər və idman naziri Fərid Qayıbov Belarus Milli Olimpiya Komitəsinin prezidenti Viktor Lukaşenkonu qəbul edib.
Bu barədə "Rekord"a nazirliyin mətbuat xidmətindən bildirilib.
Görüşdə Azərbaycan və Belarus arasında idman sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Hər iki ölkənin idmançıları və mütəxəssisləri arasında təcrübə mübadiləsinin, birgə layihələrin əhəmiyyəti qeyd olunub.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.