Gültac təsəlliverici görüşdə də uduzdu
- 15:45
- 28
Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.
Rekord.az xəbər verir ki, 52 kq çəki dərəcəsində çıxış edən idmançı təsəlliverici görüşdə monqolustanlı Uranzaya Bayanmunxa məğlub olaraq medal qazanmaq şansını itirib.
Bu gün tatamiyə çıxan Nizami İmranov, Turan Bayramov və Ruslan Paşayev (hamısı 66 kq) mübarizəni dayandırıblar.