Hər il UEFA-dan hakimliyin inkişafı üçün yerli futbol federasiyalarına vəsaitlər ayrılır.

Rekord.az xəbər verir ki, AFFA-ya da bu məqsədlə 200 min avro vəsait ayrılır.

Lakin buna baxmayaraq, hakimliyin inkişafı baxımından ciddi heç bir uğur gözə dəymir. Ölkə xaricində təlim-məşq toplanışları təşkil olunmur, yeni formalar alınmır, qonorarlar artırılmır. Bəs elədirsə, həmin vəsait hara xərclənir? Etibarlı mənbədən saytımıza daxil olan məlumata görə, UEFA-nın hakimliyin inkişafı üçün Azərbaycana ayırdığı pulu AFFA Ştuxlikin maaşının ödənilməsinə sərf edir.