Region Liqasında yeni mövsümə oktyabrın son ongünlyündə start veriləcək.

Rekord.az xəbər verir ki, AFFA 1 aya yaxın davam edən qeydiyyat prosesini başa vurub.

Respublikanın bütün bölgələrini əhatə eləyəcək yarışa qatılmaq üçün indiyədək 40-dan artıq komanda federasiyaya müraciət ünvanlayıb.

Ötən illərin praktikasından yararlanan qurum çempionatın əsasnaməsində müəyyən dəyişikliyə gedib, Region Liqasında mübarizə aparmaq iddiasında olanlardan zəmanət məktubu istənilib.

Bu, turnirdə iştirak etmək hüququ qazanan kollektivlərin mövsümün gedişində fəaliyyətini dayandırmasını və çempionatdan yarımçıq çıxmasını önləmək məqsədi daşıyır. (sportinfo.az)