AFFA-nın növbədənkənar konfransının gündəliyi açıqlandı
- 2020-01-07 13:40
- 683
Sabah – yanvarın 8-də, “Bulvar otel”də AFFA-nın növbədənkənar konfransı keçiriləcək.
Rekord.az AFFA-nın saytına istinadən xəbər verir ki, saat 10:00-da başlayacaq konfransın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:
1. AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflərə baxılması
2. Digər məsələlər
Növbədənkənar Konfransın çağırılması ilə bağlı qərar AFFA İcraiyyə Komitəsinin 2019-cu il 13 dekabr tarixli iclasında qəbul olunub.