AFFA bu yaxınlarda koronavirus pandeiyası səbəbindən bir qrup yaşlı veteran futbolçuya ərzaq yardımı edib.

Rekord.az xəbər verir ki, təşəbbüs özü gözəl olsa da federasiya bura da şəxsi maraqlarını qatıb.

Belə ki, qurum rəhbərliyi Nazim Süleymanovun həmkarlar ittifaqında yer alan futbol veteranlarını diqqətdən kənarda qoyub. Halbuki bu ittifaqda da yaşı 65-dən yuxarı olan kifayət qədər futbol veteranı var.  Səmədağa Şıxlarov, Asəf Namazov, Orucəli Durmuşov, Novil İsmayılov  və s. Buna misal göstərmək olar.