
AFFA-dan 5 VAR maşını ilə bağlı iddiaya reaksiya
- 11 May 2023 12:00
- 828
Ötən gün saytımızda mövsüm öncəsi AFFA-ya 5 VAR maşının alınması üçün vəsait ayırıldığını, federasiyanın isə cəmi iki maşın aldığı haqda xəbər getmişdi.
Rekord.az olaraq, məsələyə federasiyanın da münasibətini öyrəndik.
Qurumun mətbuat xidmətinin rəhbəri Firuz Abdulla məsələyə belə münasibət bildirdi: "Bəribaşdan deyim ki, 5 VAR maşını haqda olan məlumat düzgün deyil. Yəni federasiyanın öncədən bu sayda VAR maşını almaq planı olmayıb. Yayımçı şirkətlə də məsləhətləşmələrdən sonra iki maşının alınmasına ehtiyac yaranıb və bu sayda da maşın alınıb. Nə vaxtsa Premyer Liqada komanda sayı artarsa, əlavə daha bir maşının alınmasına ehtiyac yaranarsa, o zaman bu məsələ müzakirə oluna bilər. İndiki halda isə hələlik iki maşın kifayət edir".