
AFFA baş məşqçini 5 oyunluq diskvalifikasiya etdi
- 03 İyn 2025 16:00
- 86
AFFA iki futbolçunu 4, bir baş məşqçini 5 oyunluq diskvalifikasiya edib.
Rekord.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
AFFA Gənclər Liqasında keçirilən "Universal Football Academy" - "Səbail" oyununda meydan sahiblərinin futbolçusu Raul İzzətov 90-cı dəqiqədə hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanıb. Həmçinin sözügedən liqada baş tutan "Sumqayıt" - "Kəpəz" matçında Sumqayıt komandasının futbolçusu İlkin Məmmədov 74-cü dəqiqədə təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun diskvalifikasiya edilib.
AFFA U-13 Qızlar Liqasının yarımfinal mərhələsində “Səbail" və "Sumqayıt" arasında keçirilən cavab matçının 30-cu dəqiqəsində Sumqayıt təmsilçisinin baş məşqçisi Sabir Mütəllimov texniki zona qaydalarını kobud şəkildə pozduğuna və birinci köməkçi hakimə qeyri-etik jestlər etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 5 oyun cəza verilib.