Qadın basketbolçulardan ibarət Azərbaycan millisinin 2029-cu ildə keçiriləcək Avropa çempionatının ilkin seçmə mərhələsindəki rəqibləri bəlli olub.


Rekord.az xəbər verir ki, yığmamız A qrupunda yer alıb.


Komanda İsveçrə, İslandiya və İrlandiya ilə üz-üzə gələcək.


Xatırladaq ki, AÇ-2029-un ilkin seçmə mərhələsinin qarşılaşmaları noyabrın 8-18-i aralığında və 2027-ci il, fevralın 7-17-də baş tutacaq.