Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 18 iyul 2026-cı il tarixində Xırdalan şəhər 3 nömrəni tam orta məktəbdə “İdman hamı üçün” layihəsi çərçivəsində “22 iyul-Milli Mətbuat Günü”nə həsr olunmuş 3x3 basketbol idman növü üzrə oğlanlar arasında Abşeron rayon turniri keçirilib.
Rekord.az xəbər verir ki, turnirin keçirilməsində məqsəd rayonda basketbol idman növünün təbliği və inkişafı, bu idman növündə güclü idmançıların müəyyən edilməsi, uşaqlar və yeniyetmələr arasında dostluq münasibətlərinin möhkəmləndirilməsidir.
Qallib və mükafatçılar Regional İdarə tərəfindən diplom və medallarla təltif olunub.