“Abşeron Lions” “Neftçi”yə qarşı
- 11:20
- 34
Azərbaycan Basketbol Liqasının yarımfinal mərhələsində bu gün daha bir matç baş tutacaq.
Rekord.az xəbər verir ki, "Abşeron Lions" "Neftçi" ilə üz-üzə gələcək.
Görüş Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.
Qeyd edək ki, ötən gün baş tutan "Sabah" - "Gəncə" matçında "bayquşlar" 96:67 hesabı ilə qalib gəlib.