Futbol üzrə Azərbaycan Premyer Liqasında 27-ci turun oyun cədvəli məlum olub. Sport24.az xəbər verir ki, eyni gündə keçiriləcək turun iki görüşü “CBC Sport” telekanalı vasitəsilə, digər iki qarşılaşma isə Peşəkar Futbol Liqasının rəsmi saytında canlı yayımlanacaq.

Azərbaycan Premyer Liqası
27-ci tur

14 may

“Qəbələ” – “Sabah”
Qəbələ şəhər stadionu, 17:00 (canlı/Pfl.az).

“Zirə” – “Səbail”
Zirə İdman Kompleksinin stadionu, 19:00 (canlı/Pfl.az).

“Qarabağ” – “Keşlə”
“Azersun Arena”, 19:00 (canlı/”CBC/Sport”).

“Sumqayıt” – “Neftçi”
“Kapital Bank Arena”, 19:00 (canlı/”CBC/Sport”).