2018-ci ildən klubsuz qalan futbolçu futboldan getdi
- 2020-01-06 15:43
- 841
2003-cü ildə Braziliyanın gənclər yığmasının heyətində dünya çempionu adını qazanmış Ederson (Honorato Kampos) klub tapa bilmədiyi üçün karyerasını başa vurub.
Rekord.az xəbər verir ki, 2018-ci ildən klubsuz qalan 33 yaşlı yarımmüdafiəçi futboldan birdəfəlik getməyi qərara alıb. Bu barədə məlumatı "Nitsa"nın rəsmi "tvitter" səhifəsi paylaşıb.
Ederson Avropa karyerasına 2005-ci ildə məhz "Nitsa"da başlayıb, 3 ildən sonra "Lion"a keçib. 2012/2015-ci illər aralığında isə "Latsio"nun formasını geyinib. Braziliyanın əsas millisində bir oyun keçirmiş dünya çempionunun son klubu vətənində "Flamenqo" olub.