Azərbaycan stolüstü tennisçiləri Gürcüstanın paytaxtı Tiflisdə keçirilən "WTT Youth Contender Tbilisi 2026" turnirində 5 medal qazanıblar.


Bu barədə Rekord.az-a Azərbaycan Stolüstü Tennis Federasiyasından məlumat verilib.


Milli komandaların baş məşqçiləri Mixail Timofeyev, Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə qonşu ölkəyə yollanan 10 idmançıdan 5-i mükafatçılar sırasında yer alıb.


Onur Quluzadə U-19, Cəfər Almədədli, Əliəkbər Mirzəliyev, Gülnur Kərimli və Səidə Quluzadə isə U-11 yaş kateqoriyasında bürunc medala sahib çıxıblar.