Azərbaycan təmsilçilərindən daha üç medal
- 17:15
- 32
Azərbaycan təmsilçiləri "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinin ikinci günündə daha 3 medal qazanıblar.
Rekord.az xəbər verir ki, 500 metr məsafəyə 2 nəfərlik kayak yarışlarında (2008-2009) Tengiz Qaqnidze - Qiyas Əhmədov cütlüyü (1:54.51) 1-ci yeri tutub.
Nuran Rəhimli - Elvin Əliyev (2:03.43) tandemi 3-cü pillədə qərarlaşıb.
1000 metr məsafəyə 1 nəfərlik kanoe ilə yarışda (2008-2009) isə Hüseyn Səmədli (4:43.54) bürünc medal qazanıb.
Xatırladaq ki, ötən gün Füzulidəki Köndələnçay su anbarında keçirilən ilk mərhələdə Azərbaycan idmançıları 4 medal qazanıblar. 200 metr məsafəyə 1 nəfərlik kayak və kanoe yarışlarında Əlimurad Hacızadə birinci, Nuran Rəhimli (hər ikisi 2008/2009) ikinci, Hüseyn Səmədli (2008/2009) və Elmir Tarverdiyev (2010/2011) isə üçüncü pilləni tutublar.
Qeyd edək ki, oktyabrın 1-də yekunlaşacaq turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən mübarizə aparır.