Lixtenşteyn yığması Bakıda yaxşı nəticə qazanmaq istəyir.


Rekord.az xəbər verir ki, bu barədə komandanın futbolçusu Alessio Hasler Bakıdakı mətbuat konfransında deyib.


O, Azərbaycan yığmasına qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin oyunundan əvvəl fikirlərini bölüşüb:


"Oyuna yaxşı hazırlaşmışıq. Sabahkı matçı səbirsizliklə gözləyirik. Bura uzun səfərlə gəlmişik. Komandada əhval-ruhiyyə yaxşıdır. Yüksək səviyyədə hazırlıq keçmişik. Yaxşı nəticə qazanmaq üçün Bakıya gəlmişik. Rəqibin güclü və zəif tərəflərini bilirik. Əlimizdən gələni etməyə çalışacağıq".


Xatırladaq ki, Millətlər Liqasının D Liqasının 2-ci qrupununun Azərbaycan - Lixtenşteyn oyunu sabah, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.