21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.


Rekord.az xəbər verir ki, Rəşad Eyubovun baş məşqçisi olduğu komanda səfərdə Şotlandiyanın müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gələcək. Qarşılaşma Kilmarnok şəhərində, saat 22:30-da start götürəcək.


Azərbaycan millisi 8 oyundan sonra 7 xalla beşinci, meydan sahibləri 11 xalla dördüncü pillədə qərarlaşıb.