"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunda növbəti oyununu bu gün keçirəcək.


Rekord.az xəbər verir ki, "ağ-qaralar" təsnifat mərhələsində Estoniyanın "Parnu" kollektivi ilə cavab görüşünə çıxacaq.


Səfərdəki qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.


"Neftçi" Bakıda baş tutan ilk görüşdə rəqibini 80:67 hesabı ilə üstələyib.


Cütün qalibi FIBA Avropa Kubokunun əsas mərhələsinin H qrupunda "Oradya" (Rumıniya), "Fribur Olimpik" (İsveçrə), VEF (Latviya), "Mikonos" (Yunanıstan) və "Lokomotiv" (Plovdiv, Bolqarıstan) komandaları ilə oynayacaq.