“Azərbaycan qarşılaşmanın favoritidir” – Fyunfştyuk
- 19:00
- 34
Azərbaycan millisi qarşılaşmanın favoritidir.
Rekord.az xəbər verir ki, bu barədə Lixtenşteyn millisinin baş məşqçisi Konrad Fyunfştyuk Bakıdakı mətbuat konfransında deyib.
45 yaşlı mütəxəssis Azərbaycan yığmasına qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin oyunundan əvvəl fikirlərini bölüşüb:
"Əvvəlki oyunumuzdan üç gün keçib. Buraya gəlməzdən əvvəl Malta ilə qarşılaşmışdıq. Sabahkı matçı səbirsizliklə gözləyirik. İstədiyimiz kimi hazırlıq keçmişik. Yaxşı nəticə qazanmağa çalışacağıq".
O, Litva - Azərbaycan (1:1) matçını izlədiyini söyləyib:
"Həmin qarşılaşmanı analiz etmişik. Favorit meydan sahibləridir. Rəqibin yarımmüdafiə və hücumda yaxşı oyunçuları var. Amma sabah nəticəni birlikdə görəcəyik. Hazırkı heyətimizdə zədəli yoxdur. Buraya gələndə də vaxt itkisi yaşamadıq".
Baş məşqçi heyətlərindəki futbolçular haqqında fikirlərini bölüşüb:
"Bizim futbolçuların böyük hissəsin müxtəlif peşə sahibləridir. Azərbaycan komandasında UEFA Çempionlar Liqasında oynayanlar var. Son dövrlərdə bizim qələbələrimizin sayı çox azdır. Lixtenşteyn dünyanın kiçik ölkələrindən biridir. Təbii ki, favorit rəqibdir. Amma biz əlimizdən gələni etmə hazırıq. Özümüzü yaxşı komanda kimi göstərməyə çalışacağıq".
Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək D Liqasının 2-ci qrupununun Azərbaycan - Lixtenşteyn oyunu saat 20:00-da start götürəcək.