Azərbaycan Basketbol Liqasında 20-ci turun oyun cədvəli açıqlanıb.


Rekord.az xəbər verir ki, turun qarşılaşmaları martın 28–31-i aralığında keçiriləcək.


Martın 28-də saat 15:00-da "Quba""Naxçıvan"ı qəbul edəcək. Saat 17:00-da "Ordu" "Lənkəran"la üz-üzə gələcək. Günün son matçında isə saat 20:00-da "Sərhədçi" "Sumqayıt"ı sınağa çəkəcək. Martın 29-da saat 14:00-da "Şəki" doğma meydanda "Gəncə" ilə qarşılaşacaq.


Martın 30-da saat 19:00-da "Neftçi" "NTD"ni qəbul edəcək.


Turun son oyununda, martın 31-də saat 19:00-da "Sabah" "Abşeron"la üz-üzə gələcək.