20-ci turun daha bir oyunu keçiriləcək
- 13:00
- 34
Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu – 20-ci turunda bu gün bir oyun keçiriləcək.
Rekord.az xəbər verir ki, A qrupunda yer alan komandaların dueli Şəki Olimpiya İdman Kompleksində baş tutacaq.
Saat 14:00-da '"Şəki" - "Gəncə" görüşü start götürəcək.
Meydan sahibləri 21 xalla altıncı pillədə qərarlaşıb. Qonaq komanda 27 xalla dördüncüdür.
A qrupunda 20-ci turun digər oyunları martın 30-31-də baş tutacaq.