Azərbaycan Basketbol Liqasında 1/4 final mərhələsinin növbəti iki oyunu bu gün keçiriləcək.


Rekord.az xəbər verir ki, ilk olaraq "Abşeron Lions" "Şəki"nin qonağı olacaq.


Qarşılaşma Şəki Olimpiya İdman Kompleksində, saat 14:00-da start götürəcək. İlk görüşdə "Abşeron Lions" üstün olub - 109:78.


Günün ikinci matçında "Sabah" "Naxçıvan"ın müqavimətini qırmağa çalışacaq. Oyun Bakı İdman Sarayında, saat 19:00-da başlayacaq. "Sabah" birinci dueldən qalib ayrılıb - 106:74.


Xatırladaq ki, ötən gün "Gəncə" "Ordu"nu 85:78 (ilk oyun - 106:108) "Neftçi" NTD-ni 119:99 (ilk oyun - 94:97) hesabı ilə məğlub edib.


Bu cütlərdə üçüncü qarşılaşma baş tutacaq. Reqlamentə əsasən, 1/4 finalda iki qələbə qazanan komanda növbəti mərhələyə adlayacaq.