1/4 final mərhələsinin ikinci oyunları başlayır
- 12:20
- 41
Azərbaycan Basketbol Liqasında 1/4 final mərhələsinin ikinci oyunlarına bu gün start veriləcək.
Rekord.az xəbər verir ki, birinci oyun günündə iki qarşılaşma keçiriləcək.
"Ordu" "Gəncə"nin qonağı olacaq. Qarşılaşma Gəncə İdman Sarayında, saat 14:00-da start götürəcək. İlk görüşdə "hərbçilər" üstün olub - 108:106.
Günün ikinci matçında NTD və "Neftçi" komandaları münasibətlərə aydınlıq gətirəcəklər. Oyun Bakı İdman Sarayında, saat 19:00-da başlayacaq. NTD ilk dueldə qalib gəlib - 97:94.
Xatırladaq ki, 1/4 final mərhələsinin digər qarşılaşmaları aprelin 17-də baş tutacaq. Cütlərdə iki qələbəyə çatan tərəf yarımfinala yüksələcək.