Abdulla Zubirin "Qarabağ"dan getməsini ən çox istəməyən Marko Yankoviç olub.

Rekord.az xəbər verir ki, monteneqrolu futbolçu klubda ən yaxşı anlaşdığı Zubiri qərarını dəyişmək üçün dilə də tutub. 

Bildirib ki, Avropada oynamaq daha çox göz önündə olmaq deməkdi, Qətərdə gözdən itəcək. Zubir isə dostun abildirib ki, artıq 35 yaşı var və bundan sonra göz önündə olmağı, karyeranı yox, daha çox pul qazanmağı düşünür. Çünki karyerasının sonuna az qalıb. Onun bu sözlərindəjn sonra Yankoviç Zubirə uğurlar arzulayıb.