“Zirə”nin rəqibi superkubokun qalibi oldu
- 00:30
- 34
UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsində “Zirə”nin rəqibi olan “Torpedo” bu gün Gürcüstan superkuboku uğrunda final oyununa çıxıb.
Rekord.az xəbər verir ki, Kutaisi təmsilçisi həlledici matçda “İberia” ilə qarşılaşıb.
Dörd gün əvvəl yarımfinalda kubokun sonuncu qalibi “Dila”nı məğlub edən (1:0) “Torpedo” bu dəfə də meydandan qalib ayrılıb.
Əsas vaxtı 2:2 hesabı ilə yekunlaşan görüşün penaltilər seriyasında “Torpedo” qələbə qazanaraq (6:5) superkuboka sahib olub.
Xatırladaq ki, “Zirə” ilə “Torpedo” arasında ilk matç iyulun 8-də Sumqayıtda, cavab görüşü iyulun 16-sı Kutaisidə keçiriləcək.