Zədəsini sağaldıb, bir neçə klubdan təklif alıb
- 17:00
- 19
Son mövsümü "Karvan"da keçirən Süleyman Əhmədov zədələnərək bir müddət yaşıl meydançalardan kənar qalmışdı.
Rekord.az xəbər verir ki, artıq zədəsini sağaldan 26 yaşlıq yarımmüdafiəçi oynamağa tam hazırdı.
"İnter" və "Sumqayıt"ın sabiq futbolçusuna həm Premyer Liqadan, həm də I Liqanın iddialı klublarından təkliflər var. Futbolçu yəqin ki, yaxın günlərdə qərarını verəcək.