"Şəfa"nın baş məşqçisi Zaur Həşimov milli komandanın baş məşqçisi Ayxan Abbasov haqda fikirlərini bölüşüb.

Rekord.az-a açıqlamasındsa o, sabiq komanda yoldaşına inandığını bildirib.

Həmçinin müsbət xüsusiyyətlərindən danışıb:  "Ayxan Abbasovun əsas milliyə təyinatı bu gün üçün verilən ən yaxşı qərarlardan biri idi. Bilirsiniz ki, ani qərar oldu, bir gecənin içində verildi. Ayxan müəllim  U-21-in baş məşqçisi idi, komandanı Bolqarıstanla oyuna çıxardı, ardınca əsas milli ilə Ukraynaya qarşı oyuna çıxdı. Komandanı, futbolçuları yaxşı tanıyır, yerli məşqçidir, futbolçuların psixologiyasını yaxşı bilir, onlara motivasiya verib oyunlara hazırlaya bilir. İnanıram ki, Ayxan müəllim işinin öhdəsindən gələcək və milli komandanı Konfrans Liqasında C liqassına qaytara biləcək".