Zamiqli “Eqnatiya” və “Beşiktaş” pley-offda!
- 01:00
- 46
Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilir.
Rekord.az xəbər verir ki, bu gün daha 11 görüş baş tutub.
“Beşiktaş” bu raundda Çexiya təmsilçisi “Hradeç”lə görüşüb növbəti qələbə sayəsində pley-offa yüksəlib.
Azərbaycanlı futbolçu Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” da Albaniyada “Şemrok Rovers”i darmadağın etməklə mərhələ adlayıb.
Avropa Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunları
13 avqust
Beşiktaş (Türkiyə) - Hradeç (Çexiya) 1:0 (1:0)
Qurnik (Polşa) - Ferentsvaroş (Macarıstan) 1:1 (0:1)
Omoniya (Kipr) - Linkoln (Cəbəllüttariq) 1:0 (1:1)
Pafos (Kipr) - Zalsburq (Avstriya) 3:3 (0:1)
Universitatya (Krayova, Rumıniya) - KuPS (Finlandiya) 2:1 (1:1)
Vikinqur (İslandiya) - Tyun (İsveçrə) 3:2 (0:3)
ÇSKA (Sofiya, Bolqarıstan) - Makkabi (Təl-Əviv, İsrail) 1:3 (3:0)
Anderlext (Belçika) - PAOK (Yunanıstan) 3:2 (1:0)
Reyncers (Şotlandiya) - Yagelloniya (Polşa) 1:1 (1:2)
Harts (Şotlandiya) - Benfika (Portuqaliya) 1:1 (1:6)
Eqnatiya (Albaniya) - Şemrok Rovers (İrlandiya) 5:1 (1:3)