Yarımmüdafiəçi Artur Melo “Yuventus”dan rəsmən ayrılıb.

Rekord.az xəbər verir ki, Turin klubu braziliyalı futbolçunun müqaviləsinin qarşılıqlı razılaşma əsasında ləğv edildiyini açıqlayıb.

Melo 2020-ci ildə 80 milyon avroya “Barselona”dan “Yuventus”a transfer olunub. 29 yaşlı yarımmüdafiəçi 2025/26 mövsümünü icarə əsasında “Qremio”da keçirib. O, 2022-ci ildən etibarən “Liverpul”, “Fiorentina” və “Jirona”da da icarə əsasında çıxış edib.