Yığmamız bu dəfə Rumıniyaya uduzdu
- 22:56
- 32
Voleybol üzrə kişilərdən ibarət Azərbaycan millisi Avropa Liqasında növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, komandamız 2-ci turun ilk qarşılaşmasında Rumıniya ilə üz-üzə gəlib.
Rumıniyada təşkil olunan görüş rəqibin üstünlüyü ilə keçib. Boris Qrebennikovun rəhbərlik etdiyi yığmamız bu matçda quru hesabla məğlub olub.
Qeyd edək ki, millimizin növbəti oyunu sabah İspaniyaya qarşı olacaq.
Avropa Liqası
12 iyun
Azərbaycan - Rumıniya 0:3 (23:25, 12:25, 7:25)