Yığmamız Bakıda Macarıstana uduzdu
- 20:37
- 35
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasında növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, komandamız bu gün Bakıda təşkil olunan üçüncü tur çərçivəsində Macarıstan millisi ilə üz-üzə gəlib.
GİN-in Voleybol Mərkəzində baş tutan oyun rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, yığmamız növbəti oyununu iyunun 21-də Portuqaliya yığmasına qarşı keçirəcək. Sabah isə Portuqaliya və Macarıstan kollektivləri üz-üzə gələcəklər.
Avropa Liqası
19 iyun
Macarıstan - Azərbaycan 3:1 (25:19, 22:25, 29:27, 25:16)