Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa Liqasında növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, yığmamız İspaniyada təşkil olunan ikinci turun son matçında ev sahibi olan İspaniya millisi ilə üz-üzə gəlib. Komandamız bu görüşdə 1:3 hesabı ilə məğlub olub.

Beləliklə, millimiz ikinci turu bir qələbə və bir məğlubiyyətlə başa vurub. Bu mərhələdə yığmamız Şimali Makedoniya (3:0) və İspaniya (1:3) milliləri ilə qarşılaşıb.

Qeyd edək ki, üçüncü turun oyunları 19-21 iyun tarixlərində Şimali Makedoniyada keçiriləcək. Bu mərhələdə komandamızın rəqibləri İsrail və İsveçrə yığmaları olacaq.

Avropa Liqası

14 iyun 2026

İspaniya - Azərbaycan 3:1 (25:19, 22:25, 25:19, 25:23)