Yığma komandalarımızın avroliqada növbəti oyunlarının təqvimi
- 11:24
- 36
Qadın və kişi voleybolçulardan ibarət Azərbaycan milli komandalarının
Avropa Liqasında növbəti oyunları bu həftə olacaq. "Rekord.az" xəbər
verir ki,19-21 iyun tarixlərində baş tutacaq oyunlar ilkin mərhələnin son qarşılaşmalarıdır.
Qadınlardan ibarət yığmamız üçüncü turun oyunlarını Şimali Makedoniyanın Strumitsa şəhərində keçirəcək. Komandamız bu mərhələdə İsrail və İsveçrə milliləri ilə qarşılaşacaq.
Kişilərdən ibarət milli komandamız isə ilkin mərhələnin son turunda Bakıda mübarizə aparacaq. GİN-in Voleybol Mərkəzində təşkil olunacaq oyunlarda yığmamız Macarıstan və Portuqaliya ilə üz-üzə gələcək.
İki turdan sonra aktivində iki qələbə olan qadın millimiz 6 xal toplayıb. Kişilərdən ibarət yığma komandamızın isə qələbəsi və xalı yoxdur.
Milli komandalarımızın Avropa Liqasında növbəti oyunlarının təqdvimi
Qadınlar (Şimali Makedoniya)
Kişilər (Azərbaycan)

19 iyun
20:00 Azərbaycan - İsrail
20 iyun
20:00 İsveçrə - Azərbaycan
21 iyun
20:00 İsrail - İsveçrə
Kişilər (Azərbaycan)
19 iyun
18:00 Macarıstan - Azərbaycan
20 iyun
18:00 Portuqaliya - Macarıstan
21 iyun
18:00 Azərbaycan - Portuqaliya