I Liqaya vəsiqə qazanan "Xankəndi"nin yeni mövsümdən ev oyunlarını Xankəndidə keçirəcəyi gözlənilsə də, bu, baş tutmayacaq.

Rekord.az xəbər verir ki, bununla bağlı rəsmi açıqlama olsa da, komanda yeni mövsümün ilk turunda "Səbail"i Şamaxı Olimpiya İdman Kompleksində qəbul edəcək.

Bəs komanda niyə Xankəndinə yollana bilməyəcək? Klubun meneceri Rəşad Babayev məsələyə belə aydınlıq gətirdi: "Biz PFL-ə təqdim etdiyimiz sənəddə əsas stadion kimi Xankəndi stadionunu göstərmişik. Niyə "Səbail"i Şamaxıda qəbul edəcəyik, bu, Xankəndi stadionunda hazırda təmir işlərinin getməsi ilə əlaqəlidir. Təmir işləri başa çatandan sonra rəqiblərimizi Xankəndində qəbul edəcəyik. Amma təmir konkret nə vaxt başa çatacaq, bunu deməkdə çətinlik çəkirəm. Ola bilsin oktyabra kimi, yaxud bir az tez, ya gec".