"Xankəndi" çalxalanır: futbolçular gedir, rəhbərlik sentyabrı gözləyir
- 10 Avq 2026 11:00
- 329
Ötən mövsümün yekunlarına görə II Liqanı çempion kimi başa vurub I Liqaya yüksələn "Xankəndi"də vəziyyət yaxşı deyil.
Rekord.az-a daxil olan məlumata görə, çempionluğa görə futbolçulara vəd olunan mükafat hələ də verilməyib.
Bundan başqa, maaşlar da hələ ödənilməyib. Hətta futbolçulara bu pulların verilməyəcəyi də deyilib. Təsadüfi deyil ki, ötən mövsümü çempion kimi başa vuran futbolçuların çoxu komandanı tərk edib. Tək futbolçulare yox, bir sıra rəsmi şəxslər və işçilər də "Xankəndi"ni tərk edib. Düzdür, yeni transferlər var. Lakin onlardanm heç kimə hələlik maaş verilməyib. Komandada konkret sponsor, maliyyə problemi var. Rəhbərlik isə səbirsizliklə sentyabr ayını gözləyir ki, AFFA dövlətin ayırdığı pulu onların hesabına köçürsün ki, ordan futbolçulara nə isə verilsin.