"Sabah"ın futbolçusu Velko Simiç cavab oyunu öncəsi təşkil olunan mətbuat konfransında iştirak edib.

Rekord.az xəbər verir ki, təcrübəli oyunçu azarkeşlərin dəstəyi ilə gözəl nəticə qazanacaqlarına inandığını bildirib.

Simiç azarkeşləri sevindirmək üçün meydana çıxacaqlarını vurğulayıb:

"Biz sabahkı oyunu səbirsizliklə gözləyirik, böyük oyun olacaq. Təbii ki, biz bu stadionu sevirik və ümid edirik ki, çox gözəl atmosfer olacaq. Azarkeşlərimizə gözəl oyun göstərib onları sevindirəcəyimizə inanırıq”.

Hücumçu seçmə mərhələdəki statistikasına da toxunaraq bunun ona əlavə güc verdiyini qeyd edib:

"Seçmə mərhələdə vurduğum 6 qol üzərimdə təzyiq yaratmır. Əksinə, düşünürəm ki, bu mənə əlavə motivasiya olacaq. Sabahkı matçda da komandamın uğurları üçün var gücümlə çalışacağam”.