Valensiya yığmadakı karyerasını başa vurdu
- 16:00
- 36
Ekvador yığmasının hücumçusu Enner Valensiya DÇ-2026-nın 1/16 finalında Meksikaya məğlubiyyətdən (0:2) sonra millidəki karyerasını başa vurduğunu elan edib.
Rekord.az xəbər verir ki, 35 yaşlı forvard final fitindən sonra emosiyalarını cilovlaya bilməyərək diz çöküb və ağlayıb.
Təcrübəli oyunçu yığma ilə sağollaşıb:
"Kədərliyəm, amma eyni zamanda rahatam, çünki hər zaman Ekvador yığmasına sadiq olmuşam. Bu, millidəki son oyunum idi. Hamı ilə sağollaşdım. Çox qəmli gündür və vidalaşmağımın məhz bu cür olmasını istəməzdim".
Qeyd edək ki, E.Valensiya 2012-ci ildən Ekvador yığmasında çıxış edirdi. O, millinin heyətində keçirdiyi 109 oyunda 49 qol vurub və 15 məhsuldar ötürmə edib. Futbolçunun aktivində 15 sarı və 2 qırmızı vərəqə var.