Ukrayna millisinin futbolçusu "Neftçi"dən 1 həftə vaxt istədi
- 15:00
- 30
Ukrayna millisinin futbolçusu Aleksey Qutsulyakın “Neftçi”yə keçidi hələ də gündəmdədir.
Rekord.az-a daxil olan məlumata görə, baş məşqçi Vernidub da həmyerlisininm gəlişini çox istəyir.
Lakin bir məsələ var ki, futbolçu "ağ qaralar"dan çox pul istəyir. Təxminən manatla aylıq 130-140 min manatlıq maaş. "Neftçi" isə futbolçuya maksimum 100 min manat verə biləcəyini bildirib. Futbolçu fikirləşmək üçün 1 həftə vaxt istəyib. Güman ki, bu müddət ərzində digər təklifləri də nəzərə keçirəcək. İstədiyi pulu ona verən olmasa, "Neftçi" ilə razılığa gələcək.