Misli Premyer Liqasının XXV turunda 18 qol vurulub.

Rekord.az xəbər verir ki, bu, mövsümün üçüncü məhsuldarlığıdır. 

Yalnız X və XVI turlarda daha çox – 19 qol qeydə alınıb.

Rekordun təkrarlanması üçün bir top çatmayıb. Orta məhsuldarlıq 3,60-a bərabər olub.

“Neftçi” – “Qarabağ” (1:4) və “Qəbələ” – “Səbail” (2:3) oyunlarının hərəsində 5 qol vurulub. “Sumqayıt” – “Kəpəz” (1:3) qarşılaşmasında bu rəqəm 4-ə bərabər olub. “Sabah” – “Araz-Naxçıvan” (2:0) və “Zirə” – “Turan Tovuz” (1:1) duellərinin hərəsində iki qol qeydə alınıb.