"Tvente" - "Qarabağ" oyununun başlama saatı açıqlandı
- 14:00
- 32
UEFA Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək "Tvente" - "Qarabağ" oyununun başlama saatı açıqlanıb.
Rekord.az xəbər verir ki, bu barədə Niderland təmsilçisi məlumat yayıb.
Qarşılaşma avqustun 20-də "Qrols Veste" stadionunda, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Xatırladaq ki, cavab oyunu avqustun 27-də Bakıda baş tutacaq.