Türkiyənin Gəncədəki baş konsulu “Kəpəz”in qonağı oldu
- 18:40
- 38
Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş konsulu Recep Öztop “Kəpəz” PFK-nın qonağı olub.
Rekord.az xəbər verir ki, akademiyada keçirilən görüşdə klubun icraçı direktoru Ruslan Məmmədov, komandanın baş məşqçisi Azər Bağırov, kapitan Əli Səmədov, klubun ictimaiyyətlə əlaqələr üzrə koordinatoru Nofəl Əzizov, həmçinin “PatriotNews.az” saytının rəhbəri və “Qarabağ Qaziləri” İctimai Birliyinin Gəncə şəhər filialının sədr müavini Ceyhun Əliyev iştirak ediblər.
Qonağa klubun bazası, Akademiyanın fəaliyyəti və son dövrlərdə infrastruktur sahəsində görülən işlər barədə ətraflı məlumat verilib.
Görüş zamanı Ruslan Məmmədov baş konsul Recep Öztopa “Kəpəz”in formasını hədiyyə edib.
Sonda tərəflər gələcəkdə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, idman və futbol sahəsində birgə təşəbbüslərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Baş konsul komandanın məşqini də izləyib, futbolçulara qarşıdakı oyunlarda uğurlar arzulayıb və Gəncə stadionunda “Kəpəz”in oyunlarını canlı izləyəcəyini bildirib.